|
Gəncədə ər arvadını qətlə yetirdi

Gəncədə ər arvadını bıçaqlayaraq qətlə yetirib.

APA-nın verdiyi məlumata görə, hadisə bu gün şəhərin Cavad xan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məhəbbət Vəliyeva ailə münaqişəsi zəminində əri tərəfindən bıçaqlanıb. Qadın xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Faktla balı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.

Cia.az