Azərbaycanın Türkiyənin Qars şəhərindəki yeni baş konsulu Nuru Quliyev Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun hər şənbə günü büdcə təşkilatlarının işçilərini iməcliyə çıxarmaq adətini yeni iş yerində tətbiq etməyə başlayıb.
Konsul bu ənənənin davamı olaraq Qarsdakı Heydər Əliyev Parkında iməclik təşkil edib. Konsulluq işçiləri əllərinə əlcək geyərək parkın ərazisində ağac əkiblər, budama aparıblar, təmizlik işləri görüblər. İməclikdə Nuru Quliyev özü də iştirak edib.
“Bütün konsulluq işçiləri bu gün iməcliyə çıxdıq. Naxçıvanın inkişafında və dirçəlişində böyük əməyi olan Ali Məclis başqanı Vasif Talıbovun təşəbbüsü ilə ətraf mühitin təmizliyi, meşələrin qorunması, böyüməsi, səhralaşma və eroziya ilə mübarizə, yaşıllaşdırma, təbiətin qorunması, su mənbələrinin qorunması istiqamətində böyük işlər görülüb. Azərbaycanın Qarsdakı Baş konsulluğunun işçiləri olaraq bizlər də bu gün könüllü olaraq ulu öndər, türk tarixinin böyük oğlu Heydər Əliyevin büstünün qoyulduğu, Azərbaycan bayrağının dalğalandığı Heydər Əliyev Parkında bu işləri görərək ətraf mühitiə, Qarsa öz töhfəmizi verməyi qərara aldıq”-konsul açıqlamasında bildirib.


Cia.az
