|
​Latviyanın lizinq şirkəti Azərbaycan bazarını tərk edir
Latviyaya məxsus "TKB Lizings" MMC-nin Azərbaycandakı nümayəndəliyi ləğv olunur. "Report" xəbər verir ki, bu barədə Vergilər Nazirliyindən məlumat verilib.
 
Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Keykab Səfərəliyeva küçəsi,27 ünvanına bildirə bilərlər.
 
Xatırladaq ki, "TKB Lizings" şirkəti Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, Kipr, Qazaxıstan və Tacikistanda da nümayəndəliyə malikdir.
cia.az