|
Rio-2016: qadın güləşçilərimizin ilk rəqibləri bəlli oldu

Bu gün Rio-2016  Yay Olimpiya Oyunlarında qadın güləşçilərin mübarizəsi başlayacaq. 

Qol.az-ın məlumatına görə,  təmsilçilərimiz Mariya Stadnik (48 kq) və Yuliya Ratkeviç (58 kq) də bu gün yarışa qoşulacaq.

Artıq  xanım güləşçilərimizin artıq ilk rəqibləri məlumdur. Stadnik 1/8 finalda argentinalı Alexandra Patrisia ilə qarşılşacaq. Görüş  Bakı vaxtilə saat 17:48-də başlayacaq. 

Ratkeviç isə bu mərhələdə  ukraynalı Oksana Herhellə üz-üzə gələcək.  Görüş  saat 17:56-da start götürəcək.

Cia.az