|
Meyvə-tərəvəz assosiasiyası yaradıldı

Ölkədə fəaliyyət göstərən meyvə və tərəvəz istehsalçıları və ixracatçılarının təşəbbüsü, İqtisadiyyat Nazirliyinin və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə “Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası” təsis olunub.

İqtisadiyyat Nazirliyindən virtualaz.org saytına verilən məlumatda deyilir ki, assosiasiyanın yaradılması ilə bağlı tədbirdə meyvə- tərəvəz istehsalı və ixracı ilə məşğul olan 100-ə yaxın sahibkar iştirak edib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, nazirlik təşkilatın fəaliyyətinə dəstək verəcək. Assosiasiya meyvə və tərəvəz istehsalı və ixracı ilə məşğul olan sahibkarların fəaliyyətini əlaqələndirəcək, onların arasında əməkdaşlığı genişləndirəcək.

Cia.az