Türkiyədə FETÖ terror təşkilatına maliyyə dəstəyi göstərməkdə şübhəli bilinən 44 şirkətdə əməliyyat keçirilir.
“Anadolu” agentliyi xəbər verir ki, İstanbul polisi tərəfindən həyata keçirilən əməliyyat zamanı şirkət rəhbərləri də daxil olmaqla 120 nəfər saxlanılıb.
Onların həbs edilməsi barədə qərar qəbul edilib.
Hazırda axtarışlar davam etdirilir.
Cia.az
