Daha öncə saxlanılmış Türkiyənin "Petkim" neft-kimya kompleksinin sabiq baş direktoru Sadəddin Korqut həbs edilib.
Bu barədə "DHA" agentliyi məlumat yayıb.
Qeyd edək ki, o, iyulun 28-də Fətullah Gülən hərəkatı tərəfdarları ilə mübarizə çərçivəsində saxlanılmışdı.
S.Korqutdan başqa "Petkim"in daha öncə saxlanılmış 13 əməkdaşı da həbs edilib.
Cia.az
