|
Asiya Bankı "Şimal-Cənub" layihəsinə 200 milyon dollar ayıracaq

Asiya İnkişaf Bankı (AİB) "Şimal-Cənub" dəmiryolu layihəsinin realizəsi çərçivəsində, eləcə də Azərbaycanın dəmiryolu sektorunun inkişafı üçün 200 milyon dollar həcmində kredit ayrılması məsələsini nəzərdən keçirəcək.

Trend-in məlumatına görə, bu barədə bankın saytında yerləşdirilmiş məlumatda bidirilir.

Məlumatda qeyd olunur ki, bu il 14-25 noyabr tarixlərində AİB-in missiyası layihə üzrə informasiya toplanması məqsədilə Azərbaycanda səfərdə olacaq.

Cia.az