|
Səxavət Məmmədovun anası vəfat etdi

Mərhum xanəndə Səxavət Məmmədovun anası Əskinaz Məmmədova avqustun 15-də axşam saatlarında dünyasını dəyişib.

Bu barədə S.Məmmədovun yaxınları məlumat veriblər.

Şair-publisist Qulu Ağsəs özünün “Facebook” hesabında belə bir status paylaşıb:

“Səxavət Məmmədovdan veriliş çəkirdik, anası Əskinaz xala qayıtdı ki, “balam ağaca çıxırdı - ağacda oxuyurdu, ata minirdi - atda, novata gedirdi - novatda...” Səxavət əcəl atına minib novatı pozdu. Anası onun ardınca illərcə süründü. Bir az olar çatdığı. Daha ayrılmayacaqlar...”

Ə.Məmmədovanın bir müddətdir xətəlikdən əziyyət çəkdiyi deyilirdi. Mərhumə avqustun 16-da dəfn olunacaq. Yaxınlarının bildirdiyinə görə, cənazə Əskinaz Məmmədovanın oğlu, xanəndə Fehruz Səxavətin kənd Binəqədidəki evindən qaldırılacaq.

 Cia.az