Məşhur türk aktyor Kıvanç Tatlıtuğ “Bebek” səmtində görüntülənib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun fanatları onu görüncə yaxınlaşmaq istəyiblər.
Lakin, telefonu əlindən yerə qoymayan Kıvanç söhbətinə davam edib. Aktyorun sürücüsü isə maşını sürətlə ərazidən uzaqlaşdırıb.
Onun bu hərəkəti sosial mediada tənqidlə üzləşib.
Qeyd edək ki, K.Tatlıtuğun yeni mövsümdən “Siyah – Beyaz” filmində oynayacağı gözlənilir.
Cia.az
