Türkiyənin Diyarbəkir əyalətində terror aktı nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
"TGRTHaber" bildirir ki, onlardan 4-ü polis, 3-ü isə mülki vətəndaşdır. Ölən vətəndaşlardan biri uşaqdır.
Məlumata görə, hadisə nəticəsində 6-sı polis olmaqla 21 nəfər yaralanıb.
* * *16:17
Diyarbəkir-Mardin yolu üzərində, Diyarbəkrin Çinar qəsəbəsinin girişində yerləşən Şəhid Murat Uçar adına Yol İdarəetmə Mərkəzi qarşısında törədilən partlayış nəticəsində 2 polis və 1 mülki şəxs şəhid olub, 25 yaralı var. Yaralılardan 8-i polisdir.
APA-nın verdiyi məlumata görə, PKK terrorçularının yük maşınındakı partlayıcı qurğunu kənardan işə saldıqları bildirilir.
Partlayışdan sonra Mərkəzin binası və yaxınlıqdakı iki yanacaqdoldurma məntəqəsində böyük dağıntı olub.




* * *15:30
Teraktı PKK terrorçuları törədiblər. "Habertürk"ün məlumatına görə, hadisə Diyarbəkir-Mardin avtomobil yolunda minalanmış maşının partladılması nəticəsində baş verib.
Məlumata görə, partlayış nəticəsində 11 polis əməkdaşı və çoxlu sayda mülki vətəndaş yaralanıb.
"Report" xatırladır ki, partlayışdan sonra terrorçularla hərbçilər arasında silahlı atışma olub. Hadisə yerindən qaçan terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirilir.


* * *15:09
Türkiyənin cənub-şərqində, Diyarbəkir əyalətinin Çinar şəhərində güclü partlayış baş verib.
Partlayış yerli vaxtla saat 13.10-da qeydə alınıb.
Hadisə yerində xilasedicilər və təcili tibbi yardım briqadaları işləyir.
Xəsarət alanlar barədə hələ məlumat verilmir.
Cia.az
