|
Bəxtiyar Hacıyev xuliqanlıqda ittiham olunur

Bəxtiyar Hacıyev İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham olunur.

Virtualaz.org bildirir ki, bu barədə jurnalistlərə o özü məlumat verib.

Bu maddə ilə ittiham olunan şəxsi əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.

*   *   *16:54

Bəxtiyar Hacıyevin işi 27-ci poli s bölməsindən məhkəməyə göndərilir.

Bu barədə lent.az-a B.Hacıyevin özü məlumat verib. O bildirib ki, hazırda sənədlərin hazırlanmasını gözləyir. Sənədlər hazırlandıqdan sonra iş Yasamal Rayon Məhkəməsinə göndəriləcək.

Məlumatı Yasamal rayon 27-ci polis bölməsindən də təsdiqləyiblər: "Hazırda bölmədə vətəndaş Bəxtiyar Hacıyevdən izahat alınır: "Dövlət Yol Polisinin əməkdaşı onun barəsində raport yazıb".

*   *   *14:24

Bloger və ictimai fəal Bəxtiyar Hacıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Virtualaz.org bildirir ki, bu barədə B.Hacıyev öz facebook səhifəsində yazıb.

"Mənə söyüş söyən və fiziki güc tətbiq edən yol polisi əməkdaşları ilə aramızda münaqişə oldu. Hazırda 27-ci polis bölməsinə gedirik”, - deyə B.Hacıyev qeyd edib.

O istisna etməyib ki, onu polisdən məhkəməyə aparacaqlar.

Cia.az