|
UEFA azərbaycanlı hakimə təyinat verdi

UEFA futzal üzrə azərbaycanlı FİFA referisi Yusif Nurullayevə yeni təyinat verib.

"Report" bildirir ki, Y.Nurullayev UEFA kubokunun ilkin təsnifat mərhələsinin C qrupunda keçiriləcək oyunlarda iştirak edəcək. Qrupda Almaniyanın "Hamburg Panthers", Uelsin "Kardiff Universiteti", Norveçin "Sandefjord Fotball" və Moldovanın "Klassik Kişinau" komandaları mübarizə aparacaqlar.

Qeyd edək ki, oyunlar 18-21 avqustda Moldovada keçiriləcək

Cia.az