|
Ermənistanda əsgərləri daşıyan yük maşını qəzaya uğradı

Ermənistan Silahlı Qüvvələrinə məxsus yük avtomobili Yerevandakı Şimal avtovağzalı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 8 əsgər yaralanıb.

Virtualaz.org Novosti Armeniya-ya istinadən bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

İnformasiyaya əsasən, hadisə hərbçiləri daşıyan avtomobillə "Niva" markalı maşının toqquşması nəticəsində baş verib. Yük maşınında 16 əsgərin olduğu bildirilir.