|
Neft bahalaşmaqda davam edir

Bu səhər dünya bazarlarında neftin qiyməti artmaqda davam edib.

Bakı vaxtı ilə saat 10:00-a olan məlumata görə, birjalarda Brent markalı neftin oktyabr fyuçersinin 1 barreli 47,33 dollara satılır.

Bu göstərici səhər qeydə alınmış qiymətdən 0,36 dollar, yaxud 0,77% çoxdur.

Cia.az