|
Türkiyə sərhədində şiddətli partlayış: 35 ölü
Suriyanın Atme rayonunda şiddətli partlayış baş verib.
Bu barədə Türkiyənin xəbər saytları məlumat yayıb. Məlumatda qeyd olunur ki, Türkiyə ilə sərhəddə yerləşən Atmedə baş verən partlayışda azı 35 nəfər ölüb, çox sayda adam isə yaralanıb. Bildirilir ki, müxalifləri daşıyan avtobusda partlayış baş verib və avtobus havaya uçub. Yaralıların bir qismi sərhəddən Türkiyəyə keçirilərək Hatay rayon xəstəxanasına yerləşdirilib.
 
Partlayışın nədən qaynaqlandığı barədə məlumat verilmir.
Cia.az