Estoniyalı Raqnar Klavan İngiltərə Premyer Liqasında debüt edib.
30 yaşlı “Liverpul”lu futbolçu “Arsenal”la görüşdə meydana çıxmaqla İngitərə çempionatında forma geyən ikinci estoniyalı kimi tarixə düşüb.
Qeyd edək ki, bu baxmdan ilkə Mart Poom imza atıb. Eston qapıçı 1994-cü ildə “Portsmut”a transfer olunub. Daha sonra isə o, “Derbi Kaunti”, “Sanderlend”, “Uotford” və “Arsenal”da çıxış edib.
Cia.az
