Anatoli Timoşuk Ukrayna millisindəki çıxışını başa vurub.
Bu haqda təcrübıli futbolçunun özü açıqlama verib: “Qərara gəldim ki, millidəki çıxışımı başa vurum. Elə təəssürat yaranır ki, sanki yığmadakı çıxışıma dünən başlamışam. Amma geriyə baxanda, 16 ilin keçdiyini görürəm. Bu qərarı Avropa çempionatının gedişində qəbul etdim.
Hər zaman yanımızda olan, mənə dəstək verən azarkeşlərə minnətdaram. Millidə birgə çalışdığım bütün məşqçilərə təşəkkür edirəm. Ukraynanı ölkədən kənarda təmsil etmək mənim üçün şərəf idi”.
Cia.az
