|
Murad Boz bunu ilk dəfə edəcək

Məşhur türk müğənni Murad Boz sevgilisi Aslı Enverlə Nişantaşında idman zallarından birindən çıxarkən jurnalistlərin suallarını cavablandırıb.

25 avqustda Harbiye Açıq Hava Teatr səhnəsindən verəcəyi konsertdən danışan 36 yaşlı müğənni, həyəcanlı olduğunu deyib:

“İlk dəfə açıq havada kkonsert verəcəyəm. Həyəcanla hazırlıqlara davam edirik”.

Müğənni sevgilisi ilə nə vaxt evlənəcəyi haqqında suala isə belə cavab verib:

“Evlilik gözəl bir şeydir. Qərar aldığımızda bunu bizdən eşidəcəksiniz. Hazırda çox xoşbəxtik”.

Cia.az