Tez-tez eşitdiyimiz, vitamin kimi böyükdən kiçiyə hamının istifadə etdiyi "Omega-3" haqqında məlumat almaq maraqlı olar.
Omega-3 Omega-6 yağları kimi doymamış yağ turşuları qrupuna daxildir. Omega-3 insan bədəni tərəfindən istehsal edilmir, buna görə xaricdən alınmalıdır. Badam, fındıq, kətan toxumu, somon, skumbriya balığı kimi qidalarda olan Omega-3 kapsula olaraq da qəbul edilə bilər. İnsanda Omega-3 ehtiyacı ana bətnində başlayır və hər mərhələdə tələb olunur. Aile.lent.az bu yağın xüsusiyyətləri və faydaları haqqında bilmədiyiniz faktları təqdim edir.
Omega-3-ün faydaları nədir?
- Xolesterolu aşağı salır, bunun sayəsində ürək xəstəlikləri riski minimuma enir.
- Yaşla bağlı gözdə inkişaf edən sarı nöqtə təhlükəsini azaldır.
- Unutqanlıq kimi xəstəliklərə tutulma riskini azaldır.
- Diqqət cəmləmə və diqqətin dağılmamasına kömək olur.
- Qan axınını tənzimləyərək, laxtalanmanın qarşısını alır.
- Sümükləri gücləndirir.
Omega-3 çatışmazlığı hansı problemlər yaradır?
- Balıq yağı turşuları ürəyə faydalı olduğu üçün çatışmadığı halda ciddi problemlər meydana gələ bilər. Balıq yemək ürək ritmini nizama salır. Bu ehtiyacın qarşılanmamasının nəticələri da ürək xəstəliklərinə səbəb ola bilər.
- Görmə qabiliyyəti azalır.
- Diqqətdə azalma və davranış pozuntularına səbəb olur.
Omega-3 qəbulunun hamiləlikdə faydaları nədir?
- Erkən doğuş riskini azaldır.
- Körpənin göz qişası və beyin inkişafına fayda verir.
- Körpənin riyazi zəkası, oxuma, yazma kimi bacarıqlarının inkişafına kömək olur.
- Zahılıq sindromundan qoruyur.
Omega-3-dən kimlər istifadə edə bilər?
- Ürəyində problemi olanlar
- Məktəbli uşaqlar
- Hamilələr (həkim nəzarətində)
- Menopauzaya girən qadınlar
- Xolesterolu yüksək olanlar
- Diabet xəstələri
Omega-3 ehtiva edən qidalar hansılardır?
- Badam, fındıq, qoz, kətan toxumu
- Yaşıl bitkilər
- Somon və skumbriya kimi balıqlar
Cia.az
