|
Bu il 1107 nəfər narkoloji müayinədən keçib -

Bu ilin 6 ay ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə məhkəmə-narkoloji tibbi yoxlamadan keçmək üçün 1107 nəfər göndərilib.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, 2016-cı ilin 6 ayı ərzində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən 11715 nəfər keçib. Onlardan 478 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub, 243 nəfər istifadəçi aşkarlanmış və müvafiq qeydiyyata götürülüb.

2016-cı ilin 6 ayı ərzində 1321 nəfər stasionar müalicəyə qəbul olunub. Onlardan 573 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları”, 748 nəfəri “ Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozları ilə stasionar müalicəyə qəbul olunub.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzində insan immunçatışmamazlığı virusunun infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsinin yaradılması barədə” 22/I-ŞH saylı 16.07.2011-ci il tarixli əmrinə əsasən 14.07.2011-ci il tarixdən Respublika Narkoloji Mərkəzində insanın immunçatışmamazlığı virusunun infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsi yaradılıb. 2016-cı ilin 6 ayı ərzində müayinədən 1088 nəfər keçib. 

Cia.az