|
Bakıda “Rənglərin sirri” adlı yaradıcılıq sərgisi açılacaq

Sentyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində “Rənglərin sirri” adlı yaradıcılıq sərgisi açılacaq.

AZƏRTAC təhsil ocağının “facebook”dakı səhifəsinə istinadla xəbər verir ki, sərgidə universitetin musiqi, təsviri incəsənət, fiziki tərbiyə və ÇQH fakültəsinin tələbələrinin əl işləri nümayiş olunacaq.

Sərgidə istənilən ölçü və texnikada işlənmiş bütün növ təsviri sənət kompozisiyaları ilə iştirak etmək mümkündür.

Həmçinin, sərgidə iştirak edən hər tələbə diplomla təltif olunacaq, ən çox bəyənilən işlərin sahibləri mükafatlandırılacaq.

Sərgi sentyabrın 23-dək davam edəcək.

İştirak etmək istəyənlər qeydiyyat üçün [email protected] elektron ünvanına müraciət etməlidir.

Cia.az