Qamper Kubokunda İspaniyanın “Barselona” və İtaliyanın “Sampdoriya” komandaları qarşı-qarşıya gəlib.
Axar.az xəbər verir ki, kataloniyalıların türk ulduzu Arda Turanın səhvindən sonra top “Barselona”nın qapısından keçib. O, 23-cü dəqiqədə meydanın mərkəzində topu itirib. Əks hücuma keçən “Sampdoriya” hesab arasındakı fərqi azaldıb: 2:1. Oyun 3:2 hesabı ilə “Barselona”nın xeyrinə başa çatsa da, Arda yenə sosial şəbəkələrdə tənqid olunub.
Qeyd edək ki, Arda Turanın “Barselona”dakı uğursuz çıxışı tez-tez müzakirə edilir.
Cia.az
