|
Bakı-Qazax yolununda kişi meyiti tapılıb
Bakı-Qazax magistral avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində yerləşən körpünün altında naməlum kişi meyiti tapılıb.  
 
APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, səhər saat 5  radələrində tapılan meyit müayinə olunması Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Hacıqabul rayon şöbəsinə göndərilib.
 
Hacıqabul rayon Polis Şöbəsindən APA-ya təxminən 30 yaşlarında olan kişinin narkotik vasitənin qəbulundan öldüyü ehtimal olunduğu bildirilib.
 
Faktla bağlı araşdırma aparılır. 
Cia.az