2011-2012-ci illərdə reytinq rekordları qırmış “Adını Feriha Koydum” serialının populyarlığı Hindistana da çatıb.
Serial “Zindaqı” kanalında izləyicilərinin görüşünə çıxacaq.
“Adını Feriha Koydum” daha öncə Çin, Pakistan, İran, Rumaniya, Bosniya və Hersoqovina, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Xorvatiya, Əfqanıstan, Slovakiya, Ukrayna, Qazaxıstan kimi ölkələrin kanallarında yerli dilə tərcümə edilərək efirə verilib.
Azərbaycanda da kifayət qədər məşhur olmuş bu seriala tamaşaçılar “Show Tv”dən baxıblar.
Qeyd edək ki, baş rollarında Hazal Kaya, Çağatay Ulusoy, Vahide Perçin və Metin Çekmezin oynadığı serial 67 seriya davam edib.
Cia.az
