Gənc yaşlarında “Beverly Hills 90210” adlı serialda aldığı rolla məşhurlaşan Şannen Doherti ağır günlər keçirir.
45 yaşlı aktrisa süd vəzi xərçənginə tutulub.
Kimyoterapiya müalicəsinə başlayacaq Dohertinin saçlarını anası və iki rəfiqəsi birlikdə kəsiblər. O, bu prosesi İnstaqramda izləyiciləri ilə paylaşıb.
Bu paylaşımlardan sonra aktrisanı sevənlər ona “bu halınla da çox gözəl görünürsən” deyərək əhvalını xoş tutmağa çalışıblar.


Cia.az
