|
"Kiralık aşk"dan "Paramparça"ya gözlənilməz transfer - foto

Yeni mövsümə az qaldığı bir vaxtda "Paramparça" serialı gözlənilməz transfer edib.
Keçən ay "Kiralık aşk"da Yasemin obrazını canlandıran Sinem Öztürkün ekran işindən ayrıldığı açıqlanmışdı. Bu günlərdə isə onun Erkan Petekkayanın baş rolda çəkildiyi "Paramparça"ya keçdiyi açıqlanıb.
Qeyd edək ki, S.Öztürk "Kiralık aşk"da aktrisalığı ilə yanaşı geyimləri ilə də diqqət çəkirdi. Onun serialdan ayrılmasının səbəbləri də məlum deyil.



Cia.az