|
Azərbaycanın olimpiadada medalsız qalan idmançılarının sayı 16-ya çatıb
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən 56 idmançıdan 15-i çıxışlarını tam başa vurub.
 
"Report"un məlumatına görə, onlardan yalnız cüdoçu Rüstəm Orucov medal qazana bilib.
Güllə atıcısı Ruslan Lunyovu qarşıda daha bir sınaq gözləyir. Lunyov 25 metr məsafəyə sürətli atəş yarışında da çıxış edəcək.
 
Akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov - Boris Yotov duetinin medalsız qalacağı dəqiqləşsə də, onların yekunda tutacağı yer "B" finalındakı çıxışlarından sonra dəqiqləşəcək. Bu isə Azərbaycanın olimpiadadan medalsız qayıdacaq idmançılarının sayının 16-ya çatması anlamına gəlir.
 
Cüdo
 
Rüstəm Orucov (73 kq) - gümüş
Orxan Səfərov (60 kq) - 5-ci yer
Məmmədəli Mehdiyev (90 kq) - 7-ci yer
Nicat Şıxəlizadə (66 kq) - 1/8 finalda uduzub
 
İdman gimnastikası
 
Oleq Stepko (fərdi çoxnövçülük) - finalda 22-ci yer
Pavlo Paxnyuk (fərdi çoxnövçülük) - 34-cü yer
 
Boks
 
Abdulqadir Abdullayev (91 kq) - 1/4 finalda uduzub
Rüfət Hüseynov (49 kq) - 1/16 finalda uduzub
 
Velosiped idmanı
 
Yelena Pavluxina (şosse velosipedi - qadınlar) - 35-ci yer
Maksim Averin (şosse velosipedi - kişilər) - finişə çata bilməyib
 
Üzgüçülük
 
Fatimə Alkərəmova (100 metr məsafəyə sərbəst üsulla) - 48 iştirakçı arasında 41-ci yer
 
Boris Kirillov (200 metr məsafəyə arxası üstə) - 26 iştirakçı arasında sonuncu yer
 
Akademik avarçəkmə
 
Aleksandr Aleksandrov - Boris Yotov (2 nəfərlik qoşaavarlı qayıq - M2X) - finala çıxa bilməyib
 
Kanoe-slalom
 
Yure Meqliç (1 nəfərlik kayak qayığı) - yarımfinalda 14-cü yer
 
Atıcılıq
 
Ruslan Lunyov (pnevmatik tapançadan 10 metr məsafəyə atış) - seçmə mərhələdə 15-ci yer
 
Qılıncoynatma
 
Səbinə Mikina (sablya) - 1/16 finalda uduzub
 
Oxatma
 
Olqa Senyuk (Kamandan oxatma) - 1/32 finalda uduzub.
Cia.az