|
Neft ucuzlaşdı

Çərşənbə axşamı dünya bazarlarında neftin qiyməti bir qədər ucuzlaşıb.  

 
Virtualaz.org xəbər verir ki, Bakı vaxtı ilə saat 00:40-a olan məlumata görə, birjalarda Brent markalı neftin oktyabr fyuçersinin 1 barreli 44,87 dollara satılır.  
 
Bu göstərici səhər qeydə alınmış qiymətdən 0,52 dollar, yaxud 1.15% azdır.
Cia.az