|
Ermənistan prezidenti bu gün Rusiyaya işgüzar səfər edəcək
Ermənistan prezidenti Serj Sarkisyan Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün avqustun 10-da Moskvaya işgüzar səfər edəcək.  
 
APA-nın “RİA Novosti”yə istinadən  verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətindən bildirilib.  
 
“Yüksək səviyyədə aparılacaq danışıqlar zamanı strateji tərəfdaş olan iki ölkə arasında siyasi, iqtisadi-ticarət, humanitar sahələrdəki əməkdaşlığın əsas məsələləri müzakirə olunacaq. Həmçinin Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafı məsələləri müzakirə olunacaq”, -deyə məlumatda bildirilir.
 
Məlumata görə, prezidentlər həmçinin aktual  beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.  
Cia.az