|
Rio-2016: Məhəmmədrəsul Məcidov 1/8 finalda!

Rio Yay Olimpiya Oyunlarında boks yarışları davam edir. 

Qol.az-ın məlumatına görə, bu gün daha bir boksçumuz rinqə çıxıb. Superağır çəkidə (91+ kq) mübarizə aparan Məhəmmədrəsul Məcidov 1/16 finalda mərakeşli Mohammed Arjaoui ilə qarşılaşıb. 

Hər 3 raundda rəqibindən üstün olan Məcidov qalib gələrək, 1/8 finala yüksəlib

Cia.az