|
O, xahiş etdi, Adriana Lima da selfi çəkdi -

Məşhur braziliyalı model Adriana Lima öz ölkəsində keçirilən Yay Olimpiya Oyunları ilə bağlı bir kanalda qonaq olub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı taekvondoçu Pita Tofis da həmin verilişdə iştirak edib və Limanı görüncə fürsəti əldən vermək istəməyib.

Telefonunu Limaya verən idmançı selfi çəkməsini xahiş edib. 35 yaşlı model də idmançının istəyini qarşılıqsız qoymayıb.

Tofisin sosial mediada paylaşdığı bu foto 22 mindən çox insan tərəfindən bəyənilib.

Cia.az