|
Bu il Azərbaycanda 129 məzun qızıl medalla təltif olunub

Bu il Azərbaycanın ümumtəhsil məktəblərini bitirmiş məzunlardan 129-u qızıl, 29-u isə gümüş medalla təltif olunub.

Bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Əmr Nazirlər Kabinetinin 14 yanvar 2010-cu il tarixli 8 nömrəli qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”nı, Dövlət İmtahan Mərkəzi tərəfindən 2015-2016-cı dərs ilində keçirilən tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələrini nəzərə alaraq və “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq verilib.

Əmrə əsasən, qızıl və gümüş medala layiq görülən təhsilalanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq.

Cia.az