Şəkidə yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Musavat.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Şəki şəhərində “Niva” markalı minik avtomobilinin körpüdən çaya düşüb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub. Minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 21:25-də başa çatıb.
Cia.az
