|
Saakaşvili: “2008-də Ukrayna olmasaydı...”
Əgər 2008-ci ildə Ukraynanın yardımı olmasaydı, Gürcüstan ayaq üstə dayana bilməzdi.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib. Onun sözlərinə görə, Ukrayna 2008-ci il müharibəsində gürcü hərbçilərinin hazırlanmasında, hava hücumundan müdafiə sistemlərinin Gürcüstana verilməsində kömək edib:
 
“Bunun sayəsində ruslar ilk günlər kritik nöqtələri ələ keçirə bilmədilər. Ukrayna bizə Buk və Osa sistemlərini verdi. Bunun sayəsində biz 12 rus bombardmançısını vura bildik”.
Cia.az