|
UEFA superkuboku: “Real”, yoxsa “Sevilya"?

Bu gün UEFA superkubokunun qalibi müəyyənləşəcək.

Qol.az-ın məlumatına görə, həlledici oyunda Çempionlar Liqasının son qalibi “Real” (Madrid) və Avropa Liqasını qazanan “Sevilya” üz-üzə gələcək.

Norveçin Tronheym şəhərində keçiriləcək İspaniya derbisi Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, Kriştiano Ronaldo zədəli olduğu üçün bu oyunda "Real"a kömək edə bilməyəcək.

 

9 avqust

UEFA superkuobku

22:45.”Real” (Madrid, İspaniya) – “Sevilya”(İspaniya)
Hakimlər:
  Milorad Maziç,  Milovan Ristiç, Dalibor Curceviç (Serbiya)
Tronheym.  "Lerkandel" stadionu

Cia.az