|
Azərbaycan idmançısı mübarizəni erkən dayandırdı

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qılıncoynadan Səbinə Mikina ilk görüşünə çıxıb. Qadın sablyaçının rəqibi 1/16 final mərhələsindəki rəqibi tunisli Azza Besbes olub.

Görüş Besbesin qələbəsi ilə yekunlaşıb - 15:12. Bununla da Mikina mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, Səbinə Mikina Azərbaycanın olimpiadada qılıncoynatma növündə yeganə təmsilçisi olub.

Cia.az