Yessentukidə sanatoriyanın tikintisinə Azərbaycanın sərmayələri $25 mln təşkil edib.
Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev bazar ertəsi Bakıda Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşçi Şuralarının geniş iclasında çıxışında bəyan edib.
“Azərbaycan şirkətləri də Rusiyada uğurla fəaliyyət göstərirlər. Xüsusilə, $25 mln. həmcində Yessentukidə sanatoriya tikintisi layihəsi Azərbaycan investisiyaları hesabına həyata keçirilib”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, “Azersun Holding” Rusiyanın Krasnodar vilayətində layihələrə sərmayə yatırır. “Ümumilikdə, birgə layihələrin sayının artırılacağına ümid edirik”, - deyə Ş.Mustafayev əlavə edib.
Cia.az
