|
Ermənistan Milli Təhlükəsizlik Xidməti əməkdaşının meyiti tapılıb
İrəvanda Ermənistan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşının meyiti tapılıb.
Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Xaçatur Kaqramanyanın meyiti mənzildə asılmış vəziyyətdə anası tərəfindən  aşkar edilib. İlkin məlumata əsasən onun üzərində zorakılıq əlamətləri olmayıb.
 
Hadisənin təfərrüatları araşdırılır.
Cia.az