Məşhur türk model Özge Ulusoy italyan modelyer Roberto Cavallinin Monteneqroda keçirdiyi dəfiləsində əsas manken kimi podiuma çıxıb.
Dəfiləni Avropanın müxtəlif ölkələrindən gələn qonaqlar izləyiblər.
Tədbirdə Atıl Kutoğlu, Ender-Benan Saraç, Hülya-Cem Kalyoncu, Burcu-Emre Ziyal, Zahide Yetiş-Cem Arısoy və Tuğba Özay da iştirak edib.
Baş manken Özge Ulusoy tamaşaçılar tərəfindən müsbət rəy alıb.
Qeyd edək ki, 34 yaşlı model, həm də aktrisa kimi bir çox filmlərdə oynayıb.
Cia.az
