|
Hindistan qozu yağı ilə saça qulluq -

Hindistan qozu yağı gündən günə məşhurlaşır, xüsusən də kosmetologiyanın müxtəlif sahələrində istifadəsi artır. Bunlardan biri de saça qulluqdur. Bu yağı hər saç tipində istifadə etmək mümkündür. Aile.lent.az saç qulluğu üçün Hindistan qozu yağı ilə hazırlanan 4 maskanı təqdim edir.

Qıvrım saçlar üçün;

2 xörək qaşığı Hindistan qozu yağı 

1 desert qaşığı bal 

1 banan

Bu ərzaqları mikserlə qarışdırdıqdan sonra saçınıza sürtüb streç sellofan ilə sarıyın. 2 saat sonra yuyun. 

Xüsusən də bal qıvrım saçların bir-birinə dolaşmasının qarşısını alır. Bal nəm, Hindistan qozu yağı güc və parlaqlıq verir. 

Quru saçlar üçün; 

1 avokado 

2 xörək qaşığı Hindistan qozu yağı 

1 çay qaşığı bibəriyə yağı 

Ərzaqları blenderdən keçirin, saçlarınıza sürtün və yarım saat- bir saat saxlayın. Sonra yuyun. 

Avokado saçı nəmləndirir və yumşaldır. Bibəriyə yağı saçın sürətli uzanmasına faydalıdır.

Kəpəkli saçlar üçün; 

2 xörək qaşığı Hindistan qozu yağı 

1 çay qaşığı çay ağacı yağı 

Bu iki yağı qarışdırıb saç və saç dərinizə sürtüb 2 saat saxlayın. Sonra yuyun.
Çay ağacı yağı kəpəyə qarşı faydalıdır və saçın çox yağlanmasına nəzarət edər. Hindistan qozu yağı isə qaşınan dərini rahatladır.

Boyalı saçlar üçün;

3 xörək qaşığı Hindistan qozu yağı 

Yağı sürtüb 2 saat gözlədikdən sonra yuyun. Saçınızı yuyanda başınızı islatmadan əvvəl bir dəfə şampunlayın. Beləcə, Hindistan qozu yağı daha asan şəkildə saçınızdan təmizlənəcək.

Cia.az