Çanaqqalada, Qurtuluş savaşında tarix yazan bu millət, eyni ruhla iyulun 15-də də tarix yazdı. 15 iyul ikinci Qurtuluş savaşıdır.
Bunu Türkiyə Baş naziri Binəli Yıldırım İstanbulda keçirilən “Demokratiya və Şəhidlər” mitinqindəki çıxışında deyib.
“Şəhidlərimiz sayəsində bu gün bu torpaqlarda şərəflə, qardaşcasına müstəqil və bərabər yaşayırıq. Guya türk əsgərinin formasını geyinib torpaqlarımızı işğal etmək istəyirdilər. Sanki millətin iradəsini oğurlayacaqdılar. Allah şərləri xeyirə çevirir. Bizi öldürməyən hər çevriliş bizi daha da gücləndirir”.
Cia.az
