Bu gün İstanbulun ən böyük mitinq meydanlarından biri olan “Yenikapı”da təşkil edilən “Demokratiya və Şəhidlər mitinqi”nə dair maraqlı statistika açıqlanıb.
İstanbul bələdiyəsinin də böyük dəstək verdiyi mitinqdə 7 min avtobus, 203 kiçik həcmli gəmi, 10 gəmi nümayişə gedənlərə xidmət göstərib.
Məlumata görə, mtinq əsnasında ictimai nəqliyyatlar pulsuz olub. 2 min 500 polis, 900 xidmətçi də vəzifə başında olub. Bildirilir ki, mitinq meydanında 50 milyon su, 1 milyon qida, 3 milyon stəkan və 1 milyon şapka nümayişçilərə paylanılıb.
Cia.az
