|
Rio-2016: Çinli ağır atlet dünya rekordunu yeniləyərək Olimpiya çempionu olub
Çinli ağır atlet Lun Tsinstyuan Rio Olimpiadasında ikinövçülükdə (307 kq)  dünya rekordunu yeniləyərək 1-ci yer tutub.
APA-nın məlumatına görə, çinli 56 kq çəki dərəcəsində olimpiya çempionu olub.
O, 2000-ci ildə Sidney Olimpiyadasında Türkiyə təmsilçisi Xəlil Mutlunun müəyyən etdiyi rekordu (305 kq) təzələyib.
2-ci yeri London Olimpiadasının qalibi, hazırkı dünya çempionu Şimali Koreyalı Om Yun Çxol,  3-cü yeri isə taylandlı Sinfet Kruaitonq tutub .
Cia.az