|
​Salyanda “Raf” markalı mikroavtobus aşıb,
Salyan rayonunda baş verən yol qəzasında 6 nəfərdən çox insan yaralanıb.
Hadisə bu gün səhər saatlarında Salyan-Neftçala avtomobil yolunun rayonun Ərəbqardaşbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Salyan-Neftçala marşrutu ilə işləyən “Raf” markalı mikroavtobus hərəkətdə olarkən qarşısına inək çıxıb. Nəticədə mikroavtobus idarəetməni itirərək aşıb. İlkin məlumata görə, qəza zamanı mikroavtobusda 6 nəfərdən çox sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Hazırda onların şəxsiyyəti müəyyənləşdirilir.
Cia.az