|
Bakıda “Söhrab Tahir- 90” adlı kitab sərgisi açılıb

M. F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Xalq Şairi Söhrab Tahirin anadan olmasının 90 illiyinə həsr olunmuş “Söhrab Tahir- 90” adlı kitab sərgisi açılıb.

Sərgidə unudulmaz qələm adamının poetik istedadını əks etdirən şeir kitabları və seçilmiş əsərləri nümayiş olunub. Sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Şairin 1000-dən çox şeiri, 57 poeması, 8 romanı, 10 povesti, 70-dən çox hekayəsi, 800-dən artıq ədəbi-elmi-publisistik məqaləsi çap olunub. Bununla yanaşı, onun bir sıra xarici ölkələrdə də kitabları nəşr edilib.

Cia.az