|
44 yaşlı Aqil M.Quliyev

Rejissor Aqil M.Quliyevin ad günüdür. 
44 yaşını qeyd edən rejissor təəssüratlarını əməkdaşımızla bölüşüb:
“Ad günümü iş başında qeyd etdim. Yaşımın artmasına pis olmuram, əksinə, ildən-ilə hər anın qədrini daha çox bilirəm. 

Hər il anam 5 avqust saat 19:30-da, dünyaya göz açdığım anda məni təbrik edir”.

Aqil M.Quliyevin sosial şəbəkədə özünü “münasibətdə” kimi qeyd etməsi evlənməsi ilə bağlı xəbərlərin yayılmasına səbəb olub. 

Rejissor bununla bağlı suallara “Mən sadəcə münasibətim olduğu haqda Facebook səhifəmdə qeyd etmişəm” cavabını verib.

 

Cia.az