Ölkədə doğulan körpələrə Azərbaycan hökümdarlarının adları da verilir.
Cia.az-ın "Report"a istinadən xəbərinə görə, Ədliyyə Nazirliyindən bildirilib ki, son beş ildə doğulan uşaqlardan 26-sı Xətai adlandırılıb.
25 körpəyə Fətəli, 81-nə Şəmsəddin, 28-nə İbrahimxəlil, 1-nə Mehdiqulu, 2-nə Qacar, 10-na Mehrəli, 10-na Şahverdi, 105-nə Ziyad, 22-nə Ziyadxan adı qoyulub
Bundan başqa, son beş ildə doğulan körpələrə Cahan (273), Cavad (634), Cavadxan (24), Pənahəli (3), Cavanşir (214), Əmirxan (102), Sara (871), Tomris (37), Saraxatun (9) kimi adlar verilib.
Verilən adlar arasında Ziyadə, Ziyaddin, Ziyadəli, Ziyadi, Ziyadət, Cahandar, Cahanə, Cahanbanu, Cahana, Cahanxanım, Cavadağa, Cavadəli, Sarabəyim, Saraxanım, Saranur, Sarah kimi adlar da var.
Cia.az
