|
Keçmiş İstanbul valisi həbs edildi

İstanbulun keçmiş valisi Hüseyn Avni Mutlu həbs edilib. 


Musavat.com-un məlumatına görə, Çağlayanda yerləşən İstanbul ədliyyə məhkəməsinə gətirilən Hüseyn Avni Mutlu da daxil olmaqla 8 vali, 1  vali köməkçisi və 3 icra nümayəndəsinin məhkəmə prosesi keçirilib. 
 
Qeyd edək ki, onlar çevrilişə cəhd istintaqı çərçivəsində şübhəli bilinərək saxlanılmışdı.  
 
Məhkəmə şübhəlilərin FETO ilə əlaqələrinin olmasını əsas gətirərək onlar haqqında həbs qərarı verib.  
Cia.az