|
Bərdədə 5 yaşlı uşağı ilan sancıb

Bərdə rayonunda ilan sancması hadisəsi baş verib. 

"Report"un məlumatına görə, hadisə rayonun Lənbərən kəndində baş verib. Belə ki, 5 yaşlı kənd sakini Cəfərova Fatimə Ceyhun qızı anası ilə birlikdə böyürtkən yıgarkən onu ayağından ilan sancıb. Azyaşlı xəstəxanaya yerləşdirilib Onun vəziyyəti orta agır qiymətləndirilir.